Boğaz ağrısını aradan qaldırır! Onun şəfası qabığında gizlidir...

Bölmə: Maraqlı › ,
Tarix: 23:20 07.10.2024

Mövsümi dəyişikliklər və havanın temperaturunun qəfil dəyişməsi səbəbindən boğaz ağrıları daha çox yayılıb. Bu dövrdə sağlamlığımızı dəstəkləmək üçün təbii həllər axtarmaq vacib olur. Xüsusilə nar, tərkibindəki zəngin antioksidantlarla bir çox sağlamlıq problemini aradan qaldırmağa kömək edir.

Sağlamlıq üçün inanılmaz faydaları olan nar mikrob əleyhinə xüsusiyyətləri ilə diqqət çəkir. Onun toxumları ümumiyyətlə müalicəvi olduğu bilinsə də, nar qabıqları da bir o qədər faydalıdır. Son zamanlar artan boğaz infeksiyalarını və soyuqdəymələri aradan qaldırmaq üçün nar qabığından istifadə edə bilərsiniz.10-15 dəqiqə dəmləndikdən sonra bal və ya limon əlavə edərək tatlandırmaq soyuqdan daha tez keçməyinizə kömək edə bilər.

NAR QABIĞININ FAYDALARI

-Nar qabığı tərkibindəki yüksək antioksidant tərkibi sayəsində bədənin sağlamlığını dəstəkləyərək dərinin görünüşünü yaxşılaşdırmağa kömək edə bilər.

-İltihab əleyhinə xüsusiyyətləri ilə iltihaba qarşı mübarizə aparır; Oynaq ağrıları kimi iltihablı bölgələrdə istifadə edilə bilər.

-Nar qabığı tozunu su ilə qarışdıraraq əldə edilən məcunu oynaq ağrılarına və artritə sürtmək ağrıları azaltmağa kömək edə bilər.-Eyni zamanda antibakterial və antiviral xüsusiyyətləri ilə boğaz ağrısı, diş əti iltihabı kimi infeksiyaların aradan qaldırılmasında təsirli olan nar qabığı çay və ya qarqara kimi də istifadə edilə bilər. Bu təcrübə ağız sağlamlığını qorumaq üçün faydalıdır.

-Nar qabığı dəri sağlamlığı üçün də çox faydalıdır. Tərkibindəki polifenollar dərinin elastikliyini artırır və sızanaq kimi problemlərin azalmasına kömək edir.

-Nar qabığı tozunu qatıqla qarışdıraraq hazırlanan üz maskası dərini təmizləməyə və ölü hüceyrələri çıxarmağa kömək edir.

Mənbə: A Haber
Mehriban Nəsibova