Rutinlərinizi dəyişdirin! Günə enerjili başlamağın 5 yolu...

Bölmə: Maraqlı › ,
Tarix: 20:49 09.10.2024

Keyfiyyətli yuxu sağlamlığımıza və ümumi həyat keyfiyyətimizə birbaşa təsir edən mühüm amildir. Yaxşı yuxu zehni və fiziki sağlamlığımızı dəstəkləyir, enerji səviyyələrimizi artırır və əhvalımızı yaxşılaşdırır. Günə enerjili başlamaq həm fiziki, həm də ruhi sağlamlığınıza müsbət təsir edir. Bəs səhər enerjimizi artırmaq üçün nə etməliyik?

Su ilə Oyan

Günə bir stəkan su içməklə başlamaq, yuxu zamanı susuzlaşan maddələr mübadiləsini canlandırmanın ən təsirli yoludur. Səhərlər acqarına limonlu su içmək immunitet sisteminizi gücləndirir və günə daha enerjili başlamanıza kömək edir.

Əhvalınızı Musiqi ilə yüksəldin

Gününüzə şən başlamaq üçün sevdiyiniz pozitiv musiqidən ibarət pleylist yaradın. Yataq otağınızda və ya vanna otağınızda rəqs etmək və musiqi yandırmaq səhər rejiminizi zövqlü edir və gün ərzində enerjinizi artırır.

Stretch ilə Gücü artırın

Siqnal çaldıqda dərhal ayağa qalxmaq əvəzinə, 5-10 dəqiqə uzanmağa çalışın. Bu, qan dövranınızı yaxşılaşdırırƏhvalınızı Musiqi ilə yüksəldin

Gününüzə şən başlamaq üçün sevdiyiniz pozitiv musiqidən ibarət pleylist yaradın. Yataq otağınızda və ya vanna otağınızda rəqs etmək və musiqi yandırmaq səhər rejiminizi zövqlü edir və gün ərzində enerjinizi artırır.

Stretch ilə Gücü artırın

Siqnal çaldıqda dərhal ayağa qalxmaq əvəzinə, 5-10 dəqiqə uzanmağa çalışın. Bu, qan dövranınızı sürətləndirir, endorfinləri ifraz edir və günə daha sağlam başlamanızı təmin edir.Səhər məşqi ilə hərəkət edin

Qısa səhər gəzintisi və ya evdə 10-15 dəqiqəlik məşq xoşbəxtlik hormonu olan endorfinlərin ifrazını artırır. İdman etmək gün ərzində özünüzü enerjili hiss etməyə kömək edir və əhvalınızı yaxşılaşdırır.

Heç vaxt səhər yeməyini atlamayın

Səhər yeməyi etməyi unutmayın! Yaxşı səhər yeməyi gün ərzində qan şəkərinizin səviyyəsini tarazlaşdırır və konsentrasiyanı artırır. Enerjili bir başlanğıc üçün sağlam və balanslı səhər yeməyi hazırlamağı unutmayın.

Bu sadə vərdişlər səhər rejiminizi yaxşılaşdıra və gününüzü daha canlı və xoşbəxt keçirməyə kömək edə bilər!

Mənbə: A Haber
Mehriban Nəsibova