Göz xəstəlikləri: Bu, uşaqların məktəb uğurlarına təsir edir
Bölmə: Maraqlı › ,Tarix: 22:29 10.10.2024
Göz sağlamlığının uşaqların məktəb müvəffəqiyyətini birbaşa təsir etdiyini ifadə edən Op. Dr. Hanife Öztürk Kahraman ailələrə yeni tədris ilindən əvvəl uşaqlarının göz müayinəsi etdirilməsi ilə bağlı xəbərdarlıq edib.
“Miyopiya, hipermetropiya və ya astiqmatizm kimi göz qüsuru olan uşaq görmə itkisi səbəbiylə məktəbdə çətinlik çəkəcək”, - deyə Op. Dr. Hanife Öztürk Kahraman, “Məktəbdə lövhəni görə bilməyə bilər və bir müddət sonra dərsdən yayınmağa və diqqəti yayındırmağa başlayır. Bu, uğursuzluğa səbəb olur. Bu səbəblərdən uşaqlar mütəmadi olaraq göz müayinəsindən keçməlidirlər" dedi.
Uşaqların görmə pozğunluqlarını özləri ifadə edə bilməyəcəyinə və hiperaktivlik və konsentrasiyanın olmaması kimi təzahür edə biləcəyinə işarə edən Op. Dr. Hanife Öztürk Kahraman Türkiyədə hər üç uşaqdan birinin uzaq və ya yaxın görmə problemi olduğunu vurğuladı. Uşaqlarda ən çox görülən göz xəstəliklərinin miyopi, hipermetropiya, astiqmatizm, göz tənbəlliyi və çəpgözlük olduğunu bildirən Kahraman, sadə bir göz müayinəsi ilə mövcud zəif görmə probleminin və ona səbəb olan xəstəliklərin erkən aşkarlana biləcəyini söylədi.
MÜALİCƏ ÜÇÜN ERKƏN DİQNOZ VACİBDİR
Ambliyopiyanın 5-6 yaşa qədər müalicə oluna biləcəyini, ancaq gec diaqnoz qoyulan xəstəliklərin müalicəsinin mümkün olmadığını vurğulayan Op. Dr. Hanife Öztürk Kahraman, adətən bir gözdə rast gəlinən ambliyopiyanın müayinə edilmədikcə diqqətdən qaça biləcəyini ifadə etdi. Uşaqlarda erkən yaşda görmə qüsurlarının aşkar edilməsində valideynlərin müşahidələrinin çox əhəmiyyətli olduğunu xatırladan Op. Dr. Kahraman, rutin göz müayinələrinin təxirə salınmaması lazım olduğuna diqqət çəkdi.
Uşağın görmə kəskinliyinin məktəbəqədər dövrdə qiymətləndirilməsi lazım olduğuna dair xəbərdarlıq edən Kahraman, “Uşaqlar doğulduqdan sonra 1, 3 və 5 yaşlarında rutin müayinələrdən keçməlidirlər. Ailədə görmə qüsuru olan uşaqlarda ambliyopiya riski daha yüksəkdir. Ancaq ailədə göz xəstəliyi olmayan uşaqlarda da müşahidə olunur. “Yaxşı ailə anamnezi ilə (həkim xəstəyə diaqnoz qoymaq və ya onun hazırkı xəstəliyinin vəziyyətini müəyyən etmək üçün suallar verməklə məlumat əldə edir) erkən diaqnostika və müalicə, gözün düzgün düzülməməsi və ambliopiyanın qarşısı alına bilər”, - o deyib.
Mənbə: Pembenar
Nigar Səmədli