Heyvanlar da bizim kimi yuxu görürlərmi?
Bölmə: Maraqlı › ,Tarix: 22:00 14.10.2024
Heyvanların zehni qabiliyyətləri və davranışları uzun müddətdir insanların diqqətini cəlb edib. Hətta qədim yunan filosofu Aristotel “Yuxuda təkcə insanlar deyil, itlər də hürərək yuxu gördüyünü göstərir”,- deyib.
Qədim müşahidələrdən tutmuş müasir elmə qədər biz heyvanların nə qədər ağıllı ola biləcəyini öyrənmişik. Bəs ağıllı olmaq onların yuxu görə bilməsi deməkdirmi?Uzun illər yuxunun passiv bir proses olduğu və bu müddət ərzində beynin sadəcə istirahət etdiyi düşünülürdü. Ancaq 1950-ci illərdə REM yuxusu kəşf edildikdə, yuxu zamanı da beynimizin kifayət qədər aktiv olduğu aydın oldu.REM, yəni sürətli göz hərəkəti yuxusu zamanı beynimiz oyaq olduğumuz zamanki kimi aktiv ola bilər.Beynin bu elektrik fəaliyyətini ölçən EEG cihazları ilə insanlar üzərində aparılan araşdırmalarda, REM yuxusundan oyanan insanların canlı və ətraflı yuxular gördüklərini xatırladıqları aşkar edilmişdir. Bəs, bu yalnız insanlara aiddirHeyvanların beyin fəaliyyətini ölçməklə alimlər onların da REM yuxusunu gördüklərini aşkar ediblər.Hətta məlum olub ki, siçanlar yuxuda gələcəkdə kəşf edəcəkləri yerləri görür, quşlar isə yuxuda nəğmə oxuyurlar.Ancaq bu, bütün heyvanlar üçün doğru deyil. Böcəklərin və bəzi su canlılarının, xüsusən də REM yuxusunu göstərməyənlərin yuxu görmədiyi düşünülürdü.Ancaq son araşdırmalar bəzi böcəklərin də yuxu görə biləcəyinə dair ipuçları tapdı. 2022-ci ildə aparılan bir araşdırma, tullanan hörümçəklərin REM yuxusuna bənzər simptomlar göstərdiyini aşkar edib.REM yuxusunu görən yeganə növ insanlar deyil. Bir çox heyvanın beyni yuxu zamanı bizimkinə oxşar fəaliyyət göstərir. Beləliklə, yuxu görmək hətta kabuslar görmək sadəcə bizə xas deyil.
Mənbə: onedio.com
Nərgiz Orucova