İsrail naziri Qəzzaya yanacağın girişinin qarşısının alınmasını tələb edib
Bölmə: Dünya › ,Tarix: 17:36 15.10.2024
İsrailin ifrat sağçı naziri Ben-Qvir humanitar fəlakətə baxmayaraq, Qəzzaya yanacağın girişinin qarşısının alınmasını tələb edib.
İsrailin baş naziri Benyamin Netanyahunun son aylarda “onun məsləhətinə dəfələrlə qulaq asdığını” müdafiə edən Ben-Qvir, Qəzzaya yanacaq girişinin tamamilə dayandırılması ilə bağlı tövsiyələrinin də dinləniləcəyinə ümid etdiyini bildirib.
İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir humanitar fəlakətə baxmayaraq, Qəzza zolağına yanacağın girişinin tamamilə qarşısının alınmasını müdafiə etdi. İsrail ordusu radiosuna danışan Ben-Qvir Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı bunları deyib: "Mən razılaşmanın tərəfdarı deyiləm. Əgər HƏMAS-a gedən yanacağı dayandırsaydıq, qaçırılanlar çoxdan geri qayıdacaqdı" dedi.
Ben-Qvir Qəzza zolağına yanacağın daxil olmasına tam qadağa qoyulmasına, həmçinin hərbi təzyiqlərin artırılmasına çağırıb.
İsrailin Livanın paytaxtı Beyruta hücumlarına son verəcəyi ilə bağlı iddialara işarə edən Ben-Qvir, "Netanyahunun Beyruta hava hücumlarını dayandırma qərarından xəbərsizəm" dedi.
İsrail Qəzza zolağına hücumlara başladığı 7 oktyabr 2023-cü ildən etibarən bölgəyə ərzaq, yanacaq, dərman və humanitar yardımların daxil olmasına mane olmaq da daxil olmaqla, “tam mühasirə” tətbiq edir.
Qəzzada bir çox xəstəxana yanacağın tükənməsi və elektrik kəsilməsi səbəbindən xəstə və yaralıların müalicəsinin dayandığını açıqlayıb.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 17 mini uşaq, 11 min 378-i qadın olmaqla 42 min 344 fələstinli həyatını itirib, 99 min 13 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Mənbə: Habertürk
Elnurə Kərimova