Minimum əməkhaqqı bu qədər ARTIRILACAQ...-RƏY

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:39 15.10.2024

Gələn ildən ölkdədə minimum əmək haqqı artırılacaq. Bəs minimum əmək haqqı nə qədər artırıla bilər?

Mövzu ilə bağlı İqtisadçı Eldəniz Əmirov "informator.az"a açıqlamasında bildirib ki, ölkəmizdə minimum əmək haqqının 2025-ci ildə yanvarın 1-dən başlayaraq,  artırılması ilə bağlı gözləntilər mövcuddur:

"Sonuncu belə artım 2023-cü ilin yanvarından sonra olduğu üçün bu real bir gözləntidir.
Artıma gəldikdə, hazırki 345 manat təxminən 16% artırılacaqdır. Çünki, növbəti mərhələdə 345 manatlıq həçmin 400 manat müəyyən ediləcəyini gözləyirəm. Bu isə 16% artım dinamikası deməkdir".

Elnurə Kərimova