Balı xurma ilə istifadə edin, enerji mənbəyidir...

Bölmə: Maraqlı › ,
Tarix: 09:27 16.10.2024

Sağlamlığımız üçün istehlak etdiyimiz bir çox müxtəlif təbii qidalar var. Bu qidalar xəstəliklərin sağalmasında, mümkün risklərin qarşısının alınmasında və orqanizmə lazım olan sağlam təsirlərin verilməsində təsirlidir. Hər zaman mətbəximizdə olan bal xurma ilə birlikdə istehlak edildikdə enerji bombası yarada bilir. Burada ikilinin orqanizmə faydaları var.

 

Xurma və bal sağlamlığımız üçün çox şəfalı olduğu bilinən iki qidadır. Bu ikiliyi birləşdirdiyiniz zaman yaranan fayda bədəndəki bir çox problemi sağalda bilər. Enerjili oyanıb günə davam etmək istəyirsinizsə xurmanın üzərinə bal töküb istehlak etməyi unutmayın. Budur onun faydalı təsirləri.

 

Xurma və bal təbii şəkərlə zəngin olduğu üçün tez və təbii enerji mənbəyidir. Bu qarışıq bədənə lazım olan enerjini verir və gün ərzində daha fit qalmağınıza kömək edir. Xüsusilə səhər və ya günortadan sonra enerjinin az olduğu vaxtlarda istehlak edildikdə bədənə enerji verərək yorğunluğu aradan qaldırır. Beləliklə, özünüzü daha canlı hiss edirsiniz.

 

Eyni zamanda aşağı glisemik indeksi sayəsində qan şəkərini balanslı tutaraq ani enerji dalğalanmalarının qarşısını alır. Sıx iş qrafiki olan, idmanla məşğul olan və ya uzunmüddətli fiziki fəaliyyətlə məşğul olanlar üçün böyük təbii dəstəkdir.

 

Bu duet fil kimi yaddaş üçün kifayətdir. 5 dəqiqəyə hazır olur və enerji ilə dolur.

Xurma liflə çox zəngin bir meyvədir. Lifli quruluşu sayəsində bağırsaq hərəkətlərini tənzimləyir və qəbizlik kimi həzm problemlərini aradan qaldırmağa kömək edir. Bal mədədə sakitləşdirici təsiri ilə tanınır. Bu qarışıq xüsusilə mədə turşusunu tarazlaşdırmağa kömək edir və həzmsizlik kimi problemləri aradan qaldırır.

 

Bu ikili yeməkdən sonra şişkinliyi və narahatlığı azalda bilər. Xurma və bal birlikdə istehlak edildikdə bağırsaqların nizamlı işləməsini dəstəkləyir və həzmi asanlaşdırır. Beləliklə, həzm sisteminizin daha sağlam işləməsinə kömək edə bilər.

Balın təbii antibakterial xüsusiyyətləri sayəsində orqanizm xəstəliklərə qarşı daha davamlı olur. Xüsusilə soyuqdəymə və qrip kimi infeksiyalara qarşı qoruyucu qalxan rolunu oynayır. Müntəzəm olaraq istehlak edildikdə, immunitet sistemini gücləndirə və xəstəliklərə yoluxma riskini azalda bilər.

 

Xurmanın tərkibində kalsium və fosfor kimi sümük sağlamlığı üçün vacib minerallar var. Bal bu mineralların bədən tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir. Xurma və balın mütəmadi olaraq istehlakı, xüsusilə uşaqların böyümə dövründə sümük inkişafını dəstəkləyə bilər.

Xurma və bal qarışığı ürək sağlamlığı üçün faydalı olan kaliumla zəngindir. Kalium qan təzyiqini tənzimləməyə kömək edir və beləliklə yüksək təzyiq riskini azaldır. Bu sayədə infarkt və iflic kimi ciddi sağlamlıq problemlərinə qarşı qoruyucu təsir göstərir.

Xurma dəmirlə zəngin bir meyvədir və balın tərkibindəki B vitaminləri dəmirin bədən tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir. Bu qarışıq qan azlığından əziyyət çəkən insanlar üçün faydalıdır. Xurma və balın qarışığı anemiya əlamətlərini aradan qaldıra və qan dəyərlərinin tarazlaşdırılmasına kömək edə bilər.

 

Mənbə: Pembenar 

Nigar Səmədli