İsrail ordusu Livanın cənubunda yerləşən tarixi Muhaybib şəhərinə hücum edib
Bölmə: Dünya › ,Tarix: 20:52 16.10.2024
Muhaybib Bələdiyyə Başçısı Kasım Əhməd Cabir bildirib ki, İsrail ordusunun bir çox binanı bombalaması nəticəsində qəsəbədə böyük dağıntılar baş verib.
Cabir qeyd edib ki, dağıntının miqyasını hələlik bilə bilməz. İsrailO xatırladıb ki, hücumlar səbəbindən rayon sakinləri evlərini tərk etməli olublar.
Cabir, Muhaybib qəsəbəsinin tarixi bir şəhər olduğunu və Yəqub peyğəmbərin oğlu və Yusifin qardaşı Binyamin 2100 illik oturacağının bu qəsəbədə olduğunu bildirib.
Livan hakimiyyətinin qəsəbəyə etdiyi hücumların nəticələri ilə bağlı heç bir açıqlama verilməyib.
Oktyabrın 6-da işğalçı İsrail ordusu Livanın cənubundakı 26 şəhərin, o cümlədən Muhaybib şəhərinin sakinlərinə xəbərdarlıq edib ki, Hizbullahın silahlı fəaliyyətlərinin iddia edilən mövcudluğuna görə onları hədəfə almaq üçün dərhal evlərini boşaldıb Əl-Əvvəli çayının şimalına doğru hərəkət etsinlər.
Mənbə: TRT Haber
Fidan Fərhadlı