Şimali Koreya konstitusiya dəyişikliyi ilə ilk dəfə olaraq Cənubu “düşmən dövlət” olaraq təyin edir
Bölmə: Dünya › ,Tarix: 15:51 17.10.2024
Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA), Cənubi Koreyanın ölkə konstitusiyasına edilən dəyişikliklə ilk dəfə olaraq “açıq düşmən dövlət” olaraq təyin edildiyini bildirib.
Cənubla gərginlik artdığı halda, Şimali Koreya bölgədə gərginliyi artıracaq konstitusiya dəyişikliyi edib.
Xəbərdə Şimali Koreyanın konstitusiyaya etdiyi dəyişikliklə Cənubi Koreyanın ilk dəfə olaraq "açıqcasına düşmən dövlət" olaraq təyin olunduğu bildirilib.
Xəbərdə oktyabrın 15-də Koreyaları birləşdirən bəzi yolların partladılmasının səbəbinə də toxunulub və bu inkişafın konstitusiya dəyişikliyinə uyğun olaraq “qaçılmaz və qanuni” tədbirlər olduğu qeyd edilib.
Xəbərdə bəyanatı yer alan Şimali Koreya Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, Pxenyan cənub sərhədlərini “daimi olaraq gücləndirmək üçün tədbirlər görməyə davam edəcək”.
Digər tərəfdən, Yonhap xəbərinə görə, Cənubi Koreyanın Birləşmə Nazirliyinin açıqlamasında "birləşmə əleyhdarı" olaraq xarakterizə edilən "düşmən dövlət" tərifi pislənilib.
Bəyanatda həmçinin “Şimalın təxribatlarına sərt cavab veriləcəyi” vurğulanıb.
Yanvar ayında Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı “daimi düşmən” kimi təyin etmək üçün konstitusiyanın yenidən yazılmasını tələb edib.
Kim Cənubi Koreya və ABŞ-ı hərbi təlimlər təşkil etməklə və strateji aktivləri yerləşdirməklə Koreya yarımadasını mümkün müharibə zonasına çevirməkdə ittiham edib və Cənubi Koreya ilə birləşməyə çalışmağın “mümkün olmadığını” vurğulayıb.
Mənbə: Habertürk
Elnurə Kərimova