Ərdoğan Azərbaycan, Rusiya, İran və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb

Bölmə: Dünya › ,
Tarix: 21:14 18.10.2024

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərini qəbul edib. 

 

Qəbul zamanı prezident Ərdoğan Cənubi Qafqazın simasının daimi sülhə doğru dəyişməsinin sevindirici olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan 3+3 Regional Əməkdaşlıq Platforması toplantısı üçün Türkiyədə səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və İranın xarici işlər naziri Abbas Arakçini Prezident Dolmabahçe Ofisində qəbul edib. 

 

Prezident Ərdoğanın Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirləri ilə keçirdiyi qəbulda Cənubi Qafqazda daimi sülh prosesi, regional və qlobal məsələlər müzakirə edilib.

Türkiyənin Azərbaycan və Ermənistan arasında daimi sülhün təmin edilməsi üçün irəli sürülən səylərə hər cür dəstəyi verməyə davam edəcəyini bildirən Prezident Ərdoğan, bölgədə baş verənlərin əməkdaşlığın və həmrəyliyin gücləndirilməsini zəruri etdiyini, platformanın daha da möhkəmlənməsini zəruri etdiyini bildirdi.

 

Mənbə: TRT Haber 

Zəhra Məmmədova