Avstraliyalı aborigen senator Torpdan Kral Çarlza reaksiya: "Bura sizin torpağınız deyil"

Bölmə: Dünya › ,
Tarix: 21:11 21.10.2024

Avstraliyanın aborigen əsilli senatoru Lidiya Torp, Avstraliyaya səfər edən İngiltərə kralı III Çarlzın parlamentdəki çıxışına "Bura sənin torpağın deyil. Sən mənim kralım deyilsən. Sən bizim kralımız deyilsən" deyərək reaksiya verdi.

Milli mətbuatda yer alan xəbərlərə görə, Kral Çarlz ölkədəki təmaslarının ikinci günündə paytaxt Kanberrada Avstraliyanın baş nazirini Entoni Albanese və müxalif Liberal Partiyasının lideri Peter Dutton qarşılayıb.

Baş nazir Albanese parlamentdəki çıxışında, "Sizi burada, demokratiyamızın ürəyində ilk dəfə bir monarx olaraq salamlamaqdan məmnunuq" dedi. O, səfərinə görə Kral Çarlza təşəkkür edib.
Kral Çarlz da Albandan sonra Avstraliya parlamentində çıxış edib. O, Avstraliyadakı tələbəlik illərindən, ölkənin iqlim dəyişikliyinə qarşı həssaslığından və yerli Birinci Millətlər xalqından danışdı.
Kral Çarlz çıxışını bitirdikdən sonra tribunadan çıxarkən aborigen senator Lidiya Torp platformaya yaxınlaşaraq "Bura sənin torpağın deyil. Sən mənim kralım deyilsən. Sən bizim padşahımız deyilsən" reaksiyalarla qarşılaşdı.

Torp "Xalqımıza qarşı soyqırım etdin. Torpaqlarımızı geri ver. Bizdən oğurladıqlarını bizə qaytar. Torpaqlarımızı məhv etdin. Biz bu ölkədə müqavilə istəyirik. Siz soyqırımçısınız" qışqırdı.

İngilis tacının bu ölkəni işğal etdiyini bildirən Torp, "Kral Çarlz bu torpaqların qanuni hökmdarı deyil" dedi.
Daha sonra senator Torp mühafizəçilərin müşayiəti ilə parlamentdən çıxarılıb.

2017-ci ildə Avstraliyada bir araya gələn ölkənin hər yerindən yerli liderlərin yaratdığı “Uluru Milli Konstitusiya Komissiyası”nın təklifi ilə hazırlanan “Uluru Bəyannaməsi”ndə “danışma haqqı, müqavilə və həqiqətin bəyan edilməsi” tələb edilib.
Lakin bu prosesin davamı olaraq keçirilən “Parlamentdə yerli xalqın səsi” referendumunda Avstraliyanın bütün əyalətlərində böyük əksəriyyət yüzdə 60,5 ilə Torres Boğazı adaları və aborigenlərdən ibarət “Parlamentdə yerlilərin səsi” heyətinin yaradılmasını rədd etdi.

Mənbə: Habertürk
Elnurə Kərimova