Hizbullah Netanyahunun evinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb

Bölmə: Dünya › ,
Tarix: 17:31 22.10.2024

Şiə radikal hərəkatı Hizbullah oktyabrın 19-da İsrailin baş naziri Binyamin Netanyahunun evinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, “Hizbullah”ın sözçüsü Məhəmməd Afif, “müharibə cinayətkarı və sionist faşizmin lideri Netanyahunun” evini hədəf alan 19 oktyabr hücumuna görə qruplaşmanın “tam və müstəsna məsuliyyət daşıdığını” bildirib.

Eyni zamanda hərəkat İsraili müharibə qaydalarını pozmaqda ittiham edib və bu, siyasətçiyə hücuma səbəb olub. Bundan əlavə, Afif ABŞ-ı Təl-Əvivin hərəkətlərini dəstəkləməkdə ittiham edib.

Oktyabrın 19-da Livan Netanyahunun evinə pilotsuz təyyarə ilə zərbə endirib . Həmin vaxt baş nazir və xanımı evdə olmayıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.