ABŞ  Ukraynaya 800 milyon dollar ayırdığını təsdiqləyib

Bölmə: Dünya › ,
Tarix: 10:04 23.10.2024

ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtonun Kiyevə 800 milyon dollar həcmində hərbi yardım göstərəcəyi ilə bağlı sözlərini təsdiqləyib. Bu barədə “The New York Times” mənbəyə istinadən məlumat yayıb .

“Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi ABŞ-ın siyasətindəki dəyişiklik fonunda atılan addımı təsdiqləyib”, - nəşr yazır.

Mənbənin sözlərinə görə, ABŞ tədbirləri Kiyevə “öz silahı ilə və öz şərtləri ilə müharibə aparmaq” imkanı vermək məqsədi daşıyır. Nəşr qeyd edir ki, Amerikanın Ukraynaya yeni yardımı, müttəfiqlərini tədarük edilən uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərində zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandıra bilməyən Zelenski üçün “təsəlli mükafatı” ola bilər.

Ukrayna lideri daha əvvəl ABŞ-dan gözlənilən hərbi yardımın məbləğinin 800 milyon dollar olacağını bildirib. O əlavə edib ki, vəsait Ukraynada silah istehsalı üçün nəzərdə tutulub.