Nəsrullahın varisinin öldürüldüyü iddiası...
Bölmə: Dünya › ,Tarix: 15:41 23.10.2024
İsrail Ordusu: Nəsrullahın varisi Haşim Səfiyuddin üç həftə əvvəl Beyrutun Dahiye bölgəsinə edilən hava hücumunda öldürülüb.
İsrail ordusu təxminən 3 həftə əvvəl həyata keçirdikləri hücumda Həsən Nəsrullahın mümkün varisi kimi göstərilən Hizbullah İcraiyyə Şurasının sədri Haşim Safiyuddinin öldürüldüyünü iddia edib.
Ordu sözçüsü Daniel Hagari verdiyi açıqlamada Safiyuddin'in oktyabrın 4-də Beyrutun cənubundakı Dahiye bölgəsinə edilən hücumda öldüyünü iddia edib.
HİZBULLAH HƏLƏ BƏYANAT VERMİR
Hizbullah hələlik İsrail ordusunun iddiası ilə bağlı açıqlama verməyib.
Həsən Nəsrullah sentyabrın 27-də Beyrutun cənubundakı Dahiye rayonunda İsrailin hava zərbələri nəticəsində öldürülüb.
Hizbullah hələ Nəsrullahı əvəz edəcək şəxsi müəyyənləşdirməsə də, baş katib üçün Safiyəddinin adı önə çıxır.
İsrail mətbuatı oktyabrın 3-nə keçən gecə İsrail ordusunun Beyrutun cənubunda həyata keçirdiyi hava hücumunda Safiyəddinin hədəf alındığını yazıb.
Mənbə: Habertürk
Elnurə Kərimova