Azərbaycan TAİ-yə qarşı törədilən terror aktını pislədi
Bölmə: Dünya › ,Tarix: 21:57 23.10.2024
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Aerokosmik Sənayesi Anonim Şirkətinin (TAİ) Ankaranın Kahramankazan rayonundakı obyektlərinə törədilən terror aktını pisləyib.
Nazirliyin X hesabından verilən açıqlamada aşağıdakılar qeyd olunub:
"Qardaş Türkiyədə Türk Aerokosmik Sənaye Şirkətinə qarşı törədilən terror aktını qətiyyətlə pisləyirik. Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət ,yaralılarımıza şəfa diləyirik. Azərbaycan hər zaman Qardaş Türkiyənin yanındadır".
TAİ-də törədilən terror aktına görə dünyanın hər yerindən qınama mesajları gəlib.
Rusiya prezidenti Putin prezident Ərdoğanla görüşündə TAİ-yə edilən terror aktını pisləyib və başsağlığı verib. NATO-nun baş katibi Mark Rutte də hücumu pisləyib və “Müttəfiqimiz Türkiyənin yanındayıq” mesajını verib.
Prezident Ərdoğan BRİKS sammiti çərçivəsində Rusiya prezidenti Putinlə görüşüb.
Putin Ərdoğanla görüşündə TAİ-yə edilən terror aktını pisləyib və başsağlığı verib.
Putin, "Ancaq biz işə başlamazdan əvvəl terror hücumu ilə bağlı başsağlığı vermək istəyirəm. Bilirsiniz ki, bu barədə necə hiss edirik, motivasiyasından asılı olmayaraq, bu cür hər hansı bir manifesti pisləyirik" dedi.
NATO-nun baş katibi Mark Rutte Türkiyənin Aerokosmik Sənayesi Anonim Şirkətinin (TAİ) Qəhrəmankazan obyektlərində törədilən terror aktını pisləyib.
Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olduğunu qeyd edən Rutte NATO-nun dəstəyini ona çatdırdığını bildirib.
BMT-nin baş katibi Quterreş Türkiyənin Aerokosmik Sənayesi Anonim Şirkətinə qarşı törədilən terror aktını pisləyib.
BMT sözçünün müavini Fərhan Haq hücumla bağlı yazılı açıqlama verib.
Haq məsələ ilə bağlı ətraflı məlumat almağa davam etdiklərini bildirib.
“Baş katib mülki şəxslərə qarşı bu hücumu pisləyir”. Hak bildirib ki, baş katib həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Haq qeyd edib ki, baş katib də yaralıların tezliklə sağalmasını arzulayıb.
Mənbə:Trt haber
Aslanova Fatimə