Qasırğa gəlir : Hindistanda 1 milyon insan təxliyə edilib
Bölmə: Dünya › ,Tarix: 19:47 25.10.2024
Hindistanda "Dana tropik siklonu" panikası var. Ölkənin Qərbi Benqal və Odişa əyalətlərində bu gün quruya çıxması gözlənilən qasırğa səbəbindən 1milyon insan təxliyə edilib.
Fırtına daşqın və torpaq sürüşməsi riski yaratdığından hava limanları, məktəblər və qatarların hərəkəti dayandırılıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin Birgə Tayfun Xəbərdarlıq Mərkəzi bildirib ki, Dana siklonu Benqal körfəzi üzərindən şimal-qərbdən Odişa əyalətinə saatda təxminən 100 km sürətlə əsib.Siklonun bu gün Odişa sahillərinə çatacağı təxmin edilir. Odişa rəsmisi Suresh Pujari bildirib ki, Odişada yaşayan 1milyon insan hökumət tərəfindən yaradılmış 5 mindən çox düşərgəyə yerləşdirilib. Məlumata görə, qonşu Qərbi Benqal əyaləti də sakinləri təxliyə edir. Təxminən 42 milyon əhalisi olan əyalət ölkənin ən yoxsul əyalətlərindən biridir. Hindistan donanması və digər xilasetmə qrupları təbii fəlakətin aradan qaldırılması üçün səfərbər edilib. Kolkata hava limanı və Biju Patnaik beynəlxalq limanı da daxil olmaqla uçuşlar ləğv edilib. Hindistan Dəmir Yolları 100-dən çox qatar reyslərini ləğv edib. Odişa və Qərbi Benqaliyanın onlarla rayonunda məktəblər və imtahanlar dayandırılıb. Benqal körfəzində siklon keçənə qədər balıqçılıq da daxil olmaqla dəniz fəaliyyəti qadağan ediləcək. Hindistan Meteorologiya Departamentifırtınanın evlərə, yollara, əkinlər və elektrik xətlərinə ziyan vura biləcəyini, daşqın və sürüşmələrə səbəb ola biləcəyini bildirib.
Mənbə: Habertürk
Çinarə Tarverdiyeva