Livanın Səhiyyə Nazirliyi: 2023-cü ilin oktyabrından bəri 11 jurnalist ölüb, 8-i yaralanıb
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202410/8432104_0.jpg)
Tarix: 21:06 25.10.2024
2023-cü ilin oktyabr ayından bəri soyqırım törədən İsrailin Livanda həyata keçirdiyi hava zərbələri nəticəsində 11 jurnalistin öldüyü, 8-nin yaralandığı bildirilib.
Livan Səhiyyə naziri Firas əl-Ebyad, paytaxt Beyrutda təşkil edilən mətbuat konfransında, İsrailin hücumlarında həlak olan jurnalistlərlə bağlı məlumat verib.
Ebyad İsrailin 2023-cü ilin oktyabr ayından Livana endirdiyi hava hücumlarında 11 jurnalistin öldüyünü, 8-nin isə yaralandığını bildirib.
Mənbə: TRT Haber
Fidan Fərhadlı