Norveçdə sosial mediadan istifadəyə yaş məhdudiyyəti qoyulub

Bölmə: Dünya › ,
Tarix: 22:40 25.10.2024

Norveçin baş naziri Jonas Gahr Store, uşaqları sosial medianın zərərli təsirlərindən qorumaq üçün sosial mediadan istifadə yaş həddini 15-ə qaldırmağı planlaşdırdığını açıqlayıb.

Uşaqların sosial media istifadə yaşı bütün dünyada müzakirə olunan bir məsələyə çevrilib.

 

Bir çox ölkələrdə sosial media istifadə yaşı ilə bağlı araşdırmalar aparılır.

 

Uşaqlara yaş məhdudiyyəti qoyan ölkələr sırasına Norveç də daxil oldu.

 

Norveçin baş naziri Jonas Gahr Store bildirib ki, yeni qaydalar texnologiya şirkətlərinin 15 yaşdan aşağı fəaliyyət göstərməsinə mane olacaq. Şəxsi məlumatlar yığılmasının qarşısını alacaq Netflix kimi şirkətlərə də şamil ediləcəyini bildirib.

 

Hazırda Skandinaviyada yaş məhdudiyyəti 13-dür.

 

Buna baxmayaraq, Norveç media orqanının araşdırmasına görə, doqquz yaşlı uşaqların yarısından çoxu, 10 yaşlıların 58 faizi və 11 yaşlıların 72 faizi sosial mediadadır. Uşaqlar çox vaxt məhdudiyyətləri asanlıqla aşa bilərlər.

 

Baş Nazir Store yerli VG xəbər agentliyinə deyib: "Bu, çox güclü bir mesaj verir. Uşaqlar sosial mediadakı zərərli məzmundan qorunmalıdır. Bunun çətin bir mübarizə olduğunu bilirik. Çünki burada dominant qüvvələr var, amma siyasət də buradadır” dedi.

 

Nazir Kjersti Toppe deyib: “Valideynlər texnologiya nəhəngləri ilə mübarizədə təkbaşına dayana bilməzlər. Ona görə də biz daha sərt qanunvericilik üzərində düşünürük”.

 

Mənbə: TRT Haber 

Fidan Fərhadlı