Ağ Ev Maskın Putinlə təmasları ilə bağlı məlumatları şərh edib

Bölmə: Dünya › ,
Tarix: 23:19 25.10.2024

ABŞ administrasiyasında amerikalı sahibkar İlon Maskın Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlaması barədə məlumat yoxdur.  

 

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

 

“The Wall Street Journal-ın (WSJ) nəşrini gördüm. Mən bu məlumatların doğruluğunu təsdiq edə bilmərəm”, - deyə rəsmi bildirib. O, həmçinin müvafiq sualı verən jurnalistə Muskla birbaşa əlaqə saxlamağı tövsiyə edib.

 

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov WSJ-nin Putinin Musk ilə əlaqəsi barədə məlumatlarını yalan adlandırıb. Kreml rəsmisi jurnalistlərin sualını cavablandırarkən “Xeyr, bunların hamısı həqiqətə uyğun deyil, tamamilə yalan məlumatdır” dedi.

 

Daha əvvəl Mask Putinlə təmaslar haqqında şayiələrə cavab verib. Onun sözlərinə görə, hər kəs bilir ki, ənənəvi Amerika mediası yalnız öz rəqiblərini gözdən salmağa çalışan solçu təbliğata çevrilib.