Pezeşkian: Biz İsrailə müvafiq cavab verəcəyik

Bölmə: Dünya › ,
Tarix: 12:16 28.10.2024

İran prezidenti Məsud Pezeşkian müharibə istəmədiklərini, lakin öz hüquqlarını qoruyacaqlarını və İsrailin təcavüzünə layiqli cavab verəcəklərini bildirib.

 

İran dövlət televiziyasının məlumatına görə, Pezeşkian paytaxt Tehranda keçirilən kabinet iclasında çıxış edib.

Pezeşkiyan çıxışında İsrailin ölkəsinə hücumuna işarə edərək, "Biz müharibənin ardınca deyilik, millətimizin və ölkəmizin hüquqlarını müdafiə edəcəyik. Sionist rejimin təcavüzünə layiqli cavab verəcəyik" deyib.

 

ABŞ-ın İsrailin bölgədəki təcavüzünü dəstəklədiyinə işarə edən Pezeşkiyan, İsrailin bölgəyə təcavüzünün davam edəcəyi təqdirdə gərginliyin daha da artacağını bildirib.

Pezeşkian bir daha xatırladıb ki, Qərb liderləri onlara İsrailin Qəzzaya hücumlarının dayandırılacağına dair söz veriblər, lakin onlar onları yerinə yetirməyiblər.

 

Mənbə: HABERTÜRK

Elnurə Kərimova