NYT-dən ilk seçki proqnozu: Trump-ın qələbə ehtimalı yüksəkdir

Bölmə: Dünya › ,
Tarix: 09:10 06.11.2024

Dünya, ABŞ-ın yeni prezidenti Donald Trump yoxsa Kamala Harris olacağı sualının cavabını gözləyir. ABŞ-da hələ də bütün seçki məntəqələri bağlanmayıb, lakin saat 06:55-ə olan məlumata görə, Trump 214 delege, Harris isə 179 delege qazanıb. NYT, ilkin seçki nəticələrinə əsaslanaraq Trump-ın qalib gəlmə ehtimalının daha yüksək olduğunu bildirib.

 

Dünyanın diqqəti ABŞ prezident seçkilərinə yönəlib. ABŞ-ın şərqində sandıqlar bağlanıb, qərbdə isə səsvermə prosesi davam edir. Respublikaçıların namizədi keçmiş ABŞ prezidenti Donald Trump ilə Demokratların namizədi vitse-prezident Kamala Harris arasındakı mübarizə davam edir. Saat 06:55-ə olan məlumata görə, Trump 214, Harris isə 179 delege qazanıb. New York Times-ın ilk analizində Trump-ın qalib gəlmə ehtimalının təxminən 70% olduğu qeyd edilib. Bu göstərici bir neçə dəqiqə ərzində 69%-dən 73%-ə qədər dəyişsə də, hal-hazırda bu ehtimal 88% səviyyəsinə çatıb.

 

Dörd il əvvəl, New York Times-ın "The Needle" (iynə) xüsusiyyəti, oyların sayılmasına başlandığı andan etibarən seçki nəticələrini təxmin etmək üçün istifadə edilən əsas statistik alət idi. Bu gecə də, müxtəlif ştatlarda sandıqlar bağlanarkən və səslər sayılanda məşhur "Needle" yenidən istifadə edilməyə başlandı.

 

 

6 noyabr Çərşənbə günü səhərə yaxın ABŞ-dan gələn ilkin məlumatlarla, NYT-də seçkinin nəticələri Trump-a doğru yönəldi. Hazırkı nəticələrə görə, saat 06:55-də Trump 214, Harris isə 179 delege qazanıb.

 

NYT-nin ara nəticələrinə görə, Donald Trump-ın nümayəndə sayında Kamala Harris-ə qarşı üstünlüyü olduğu dövrdə, "Needle" Trump-ın qalib gəlmə ehtimalının daha yüksək olduğunu göstərir.

 

Mənbə:HABERTÜRK

Elnurə Kərimova