Makrondan ABŞ xəbərdarlığı: "Təhlükəsizliyimizi əbədi olaraq onlara təhvil verməməliyik"
Bölmə: Dünya › ,Tarix: 19:52 07.11.2024
Fransa prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin (AST) sammitində bəyan edib ki, avropalılar öz təhlükəsizliklərini həmişəlik amerikalılara təhvil verməməlidirlər.
Makron 5-ci AST sammitində verdiyi açıqlamada AST formatının Avropa İttifaqına (Aİ) rəqib olmadığını bildirib.
Makron qeyd edib ki, bu icmaya üzv olan ölkələrin fikir ayrılıqları olsa da, eyni zamanda ortaq maraqları da var.
20-ci əsrdə tarixin avropalıları ikiyə böldüyünü deyən Makron, “Sual budur- 21-ci əsrdə “Böyük Avropa”nın ortaq səhifəsini yazmaq istəyirikmi? Mən buna dərindən inanıram. Hesab edirəm ki, burada strateji və geosiyasi birlik yazılmalıdır”- dedi.
Makron müharibənin Avropaya qayıtdığını bəyan edərək, Rusiya-Ukrayna müharibəsi və Ermənistan-Azərbaycan münasibətlərinə toxunub.
Dünyada iki blokun: bir tərəfdə ABŞ, digər tərəfdən Çin olduğunu deyən Makron bu iki ölkənin ilk növbədə öz maraqlarını güddüyünü qeyd edib.
Makron çıxışını belə davam etdirib:
“Bizim işimiz Donald Trampın seçilməsi ilə bağlı şərh vermək deyil, o, Amerika xalqı tərəfindən seçilib və amerikalıların maraqlarını müdafiə edəcək. Bu qanuni və düzgündür. Məsələ burasındadır, Avropalıların öz maraqlarını müdafiə etməyə hazır olub-olmadığını bilməliyik”.
Avropa torpaqlarında sülh, firavanlıq və demokratik modelləri idarə etmələrini istədiyini ifadə edən Makron, “Təhlükəsizliyimizi əbədi olaraq amerikalılara təhvil verməməliyik” -dedi. Moskva hökumətinin Rusiya-Ukrayna müharibəsində qalib gəlməməsinin avropalıların ümumi mənafeyinə uyğun olacağını müdafiə edən Makron, “Ermənistan və Azərbaycan arasında razılığa gəlmək üçün əlimizdən gələni etməyin vacib olduğunu düşünürəm. Ümid edirəm ki, sülh sazişi imzalanacaq”-deyə qeyd edib.
Makron qeyd edib ki, avropalılar demokratiyanı yalnız vətəndaşlara infrastruktur təmin etmək kimi görsələr və məzmun tənzimlənməsinə əhəmiyyət verməsələr, bu ölkələr xarici təbliğat səhnələrinə çevrilə bilər. “Böyük Avropa”nın görünməmiş bir geosiyasi güc olduğunu deyən Makron: “Dünya ot yeyən və ətyeyən heyvanlardan ibarətdir. Əgər biz ot yeyən heyvan olaraq qalmağa qərar versək, ətyeyənlər qalib gəlir və biz onlar üçün bazar oluruq. Düşünürəm ki, heç olmasa hərtərəfli olmağı seçmək yaxşı fikirdir. Mən aqressiv olmaq istəmirəm, sadəcə bu məsələlərdə özümüzü necə qoruyacağımızı bilmək istəyirəm".
Mənbə: Haber global
Aləmzər İbrahimova