"Trampın liderliyi Ukrayna münaqişəsinin həllində əsas rol oynayır.."
Bölmə: Dünya › ,Tarix: 18:10 08.11.2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, əgər ABŞ-in seçilmiş prezidenti Donald Trampın administrasiyası zəruri qətiyyət və niyyət göstərərsə, Ukrayna münaqişəsini tez bir zamanda həll etmək mümkün olar.
"ABŞ-in rəhbərliyi ilə bəzi Qərb ölkələrinin Ukraynada müharibəni dayandırmaq cəhdləri münaqişənin həll prosesini sürətləndirəcək. Əgər Trampın rəhbərlik etdiyi ABŞ administrasiyasının bu məsələyə sülh prizmasından yanaşdığını görsək, bu münaqişəyə asanlıqla son qoya bilərik," Anadolu xəbər agentliyi Ərdoğanın Qırğızıstan və Macarıstana səfərlərindən sonra jurnalistlərə dediklərini sitat gətirib.
"Bu müharibəni daha çox silah, daha çox bomba və ya daha çox xaos sona çatdırmaz," Türkiyə lideri bildirib.
"Daha çox dialoq, daha çox diplomatiya və daha çox güzəşt sülh üçün qapı açar," deyə o, Türkiyənin dəfələrlə münaqişə edən tərəfləri danışıqlar masasına gətirdiyini vurğulayıb. "Biz bunu dəfələrlə etmişik və yenə də edəcəyik. Bu müharibə indi sona çatmalıdır. Sülhə nail olmaq üçün səylərimizi yönəltdiyimiz halda, bu istiqamətdə çalışmağa davam edəcəyik," deyə o yekunlaşdırıb.
Mənbə: İtar-tass
Zəhra Məmmədova