İsrailli futbol azarkeşləri "antisemit hücumlarına" məruz qalıblar
Bölmə: Dünya › ,Tarix: 20:25 08.11.2024
Cümə axşamı axşam Amsterdamda israilli futbol azarkeşlərini hədəf alan zorakılıqdan sonra azı 5 nəfər xəstəxanaya yerləşdirilib, daha 62 nəfər saxlanılıb.
Zorakılıq cümə axşamı Amsterdamda İsrailin "Makkabi Tel-Əviv" Futbol Klubu ilə Hollandiyanın "Ayaks" Futbol Klubu arasında UEFA Avropa Liqası matçından sonra baş verib.
İsrailin Milli Təhlükəsizlik Qərargahı Amsterdamda qalan İsrail vətəndaşlarına: “Küçədə hərəkətdən çəkinin və otel otaqlarına bağlanın”- deyib.
Hollandiyanın Baş naziri Dik Schoof vəziyyətin indi sakit olduğunu və İsrail vətəndaşlarına qarşı antisemitizm hücumlarından dəhşətə gəldiyini söylədi.
İsrailin baş naziri Netanyahu Schoof ilə əlaqə saxladığını və Hollandiyadakı yəhudi icmalarının təhlükəsizliyinin artırılmasına çağırıb.
Dünən axşam oyundan əvvəl gərginlik artmışdı, Amsterdam polisi çərşənbə gecəsi bir qrup insanın şəhərin mərkəzindəki bir binanın üzündən Fələstin bayrağını çəkdiyini və polisin "qarşıdurmanın qarşısını aldığını" bildirdi. Amsterdam polisi hələ hadisə ilə bağlı şərh verməyib, lakin çərşənbə günü axşam X-də yayımlanan bir yazıda hər şeyin təhlükəsiz və nizamlı getməsini təmin etmək üçün matçdan əvvəl bir sıra təhlükəsizlik tədbirləri görüldüyünü açıqlayıb.
Amsterdam rəsmiləri yaxın günlərdə əlavə polisin hərəkətdə olacağını və yəhudi qurumlarının və obyektlərinin təhlükəsizliyinə əlavə diqqətin olacağını söylədi.
Amsterdam rəhbərliyi saat 12-də mətbuat konfransı keçirəcək. Cümə günü bu gün və önümüzdəki günlərdə alınacaq əlavə tədbirlər açıqlanacaq.
Mənbə: abc news
Aləmzər İbrahimova