Sisi: Misir Fələstin məsələsini ləğv etməyə yönəlmiş istənilən plana qarşıdır

Bölmə: Dünya › ,
Tarix: 19:31 11.11.2024

Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin Fələstin davasını ləğv etmək məqsədi daşıyan hər hansı plana qarşı olduğunu bildirib və Qəzza zolağında mülki insanlara qarşı sistematik qətliamları pislədiyini vurğulayıb.

 

Sisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqasının birgə sammitində çıxış edib.

Prezident Yaxın Şərqin keçdiyi çətin şəraiti vurğulayaraq İsrailin Qəzzada və  Livandakı hücumlarına işarə etdi.

 

Dünyada “utanc verici bir sükut” olduğunu bildirən Sisi, qlobal sülh və təhlükəsizliyə ciddi təhdidlər qarşısında beynəlxalq ictimaiyyətin əsas vəzifələrini yerinə yetirmədiyini bildirib.

 

Sisi, "Ərəb və İslam ölkələrindəki insanlar, hətta dünyanın hər yerində vicdan sahibi olan hər kəs haqlı olduqları ədalət haqqında danışmağın mənasızlığını şübhə altına alır. Çünki onlar uşaqların, qadınların öldürülməsinə şahid olurlar." dedi.

 

İsrail hücumlara diqqət çəkən Sisi, "Açıq şəkildə deyirik, bölgənin və dünyanın gələcəyi bir yol ayrıcındadır. Fələstin və Livan ərazisinə qəbuledilməz hücumlar bütün beynəlxalq sistemi təhlükə altına qoyur".

 

"Misir Qəzza zolağında dinc əhalinin sistematik şəkildə öldürülməsini birmənalı şəkildə pisləyir", - Sisi bildirib.

 

Misir prezidenti Sisi, "Misir Fələstin davasını ləğv etmək məqsədi daşıyan istənilən plana qarşıdır. Bölgə xalqını köçürmək, köç etməyə məcbur etmək və ya Qəzza zolağının yaşayış üçün yararsız bir yerə çevirmək, bu, heç bir şəraitdə heç vaxt qəbul etməyəcəyimiz bir şeydir",- dedi.

 

Regional sülhə toxunan Sisi, "Təhlükəsizlik və sabitliyin təmin edilməsi mahiyyət etibarilə qarşıdurma və düşmənçilik olan bir regional sistemdən digərinə keçid üçün əvəzsiz şərtdir. Bu sülh və inkişafa söykənirik".

 

Mənbə: Trt haber 

Fidan Fərhadlı