Trampın dövründə Ukraynaya dəstək azaldılacaq-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 20:55 11.11.2024

Demokratların yerini bir müddət sonra Respublikaçılar əvəz edəcək. Belə olduğu halda yenidən prezident seçilən Trampın verdiyi vədlərini həyata keçirməsi məsələsi gündəmə gələcək. O, çıxışlarında iddia edirdi ki, əgər hakimiyyətə yenidən qayıdarsa o zaman dünyada sülh və əmin- amanlığı qorumağa çalışacaq. Rusiya- Ukrayna müharibəsini bir günə bitirə biləcəyini deyən Trampın bu iddiası isə hələ də sual altında qalmağa davam edir.

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən siyasi şərhçi Kənan Novruzov seçkiyə qədər səslənən oxşar məzmunlu bəyənatların daha çox seçki kompaniyasına və xal qazanılmasına hesablandığını söyləyib:

"Trampın bu bəyənatları onun qalib gəlməsində müəyyən rol oynadı. Onun müharibəni bir günə bitirə biləcəyi ilə bağlı iddiaları şüphəsiz ki, şişirtmədir. Bundan sonra Tramp müharibənin bitməsinə töhfə verə bilər. O özünün əvvəlki hakimiyyəti dövründə də Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyildi. İndi də düşünürəm ki, hazırkı ABŞ hakimiyyətinin Rusiya ilə bağlı siyasətini korekktə edəcək. Daha loyal mövqe tutacaq"

Ekspert Trampın dövründə Ukraynaya dəstəyin azaldılacağına diqqət çəkib:

"Tramp Ukraynaya yardımını azaltsa bu, müharibənin Rusiyanın xeyrinə başa çatmasına zəmin yaradacaq. Ukrayna başa düşsə ki, müqavimət yersizdir və bu daha ciddi ərazi itkilərinə səbəb ola bilər bu halda Rusiyanın şərtləri ilə danışıqları seçə bilər".

Banuçiçək Kalbalıyeva