Dünyanı narahat edən ittifaq:
Bölmə: Siyasət › ,Tarix: 23:11 13.11.2024
Şimali Koreya əsgərləri Rusiyada döyüşə qoşulub. ABŞ, Şimali Koreya qüvvələrinin Ukrayna ilə davam edən münaqişəyə müdaxiləsini təsdiqləyib.
Dövlət Departamentinin sözçü müavini Vedant Patel, Rusiyanın Kursk bölgəsinə yerləşdirilən Şimali Koreya əsgərlərinin döyüşlərdə iştirak etdiyini bildirib. Rus hərbçilərinin Şimali Koreyalı əsgərlərə artilleriya, PUA və səngər təmizləmə kimi "kritik" döyüş bacarıqları üzrə təlim keçdiyi qeyd edilib. Dövlət katibi Blinken, bu addımın "qəti cavab" tələb etdiyini vurğulayıb.
ABŞ-ın açıqlamasına görə, 10 mindən çox Şimali Koreya əsgəri Rusiyaya göndərilib və əksəriyyəti Kursk bölgəsində döyüşlərə cəlb olunub. Patel, bu qərarın onları ciddi narahat etdiyini qeyd edib. Rus hərbçiləri Koreyalı əsgərlərə müxtəlif döyüş bacarıqları aşılayıb.
ABŞ Dövlət katibi Antoni Blinken, Şimali Koreyanın Ukrayna cəbhəsində mövcudluğunun cavabsız qalmayacağını vurğulayıb. Onun sözlərinə görə, münaqişəyə yeni bir nüvə gücünün qoşulması ciddi nəticələr doğura bilər.
Mənbə: NTV HABER
Elnurə Kərimova