İnsan qaçaqmalçılığında qayıqlar təmin etməkdə şübhəli bilinən şəxs həbs olundu
Bölmə: Dünya › ,Tarix: 19:54 14.11.2024
Böyük Britaniyanın Milli Cinayət Agentliyinə (NCA) görə, şübhəli şəxs Şimali Fransada qaçaqçılara mühərrik və qayıqlar təmin etməkdə şübhəli bilinir.
44 yaşlı Türkiyə vətəndaşı olan bu şəxs, çərşənbə günü Amsterdamın Şiphol Hava Limanında, NCA ,Hollandiya və Belçika tərəfdaşlarının iştirakı ilə həyata keçirilən bir əməliyyatın nəticəsində həbs edilib.
O, insan qaçaqmalçılığı ittihamları ilə üzləşmək üçün Belçikaya ekstradisiya olunacaq.
Rəsmilər adını açıqlamadıqları bu şəxsin Türkiyədən avadanlıq göndərdiyini, onları Almaniyada saxladığını və sonra Şimali Fransaya daşıdığını bildirdilər.
O, Türkiyədən Niderlanda səyahət etdiyi öyrənildikdən sonra həbs olunub.
NCA-nın əməliyyatlar üzrə baş direktoru Rob Cons bu şəxsin Belçika və Şimali Fransada fəaliyyət göstərən qaçaqçılara "çox təhlükəli qayıq və mühərriklərin əsas təchizatçısı" olduğunu düşündüklərini söyləyib.
Daxili İşlər Naziri Yvette Cooper araşdırmanın "nəticələr əldə etmək üçün beynəlxalq tərəfdaşlarla işləməyin vacibliyini" göstərdiyini vurğulayıb.
"O cinayətkar şəbəkələri harada tapsaq, onları məhv etmək üçün heç bir şeydən çəkinməyəcəyik".
Baş nazir Sir Keir Starmer noyabr ayında Böyük Britaniyanın sərhədlərini qorumaq üçün əlavə 75 milyon funt-sterlinq ayırdığını elan edib və insan qaçaqçılarını terrorçular kimi mühakimə edəcəyinə söz verib.
Mənbə: Bbc world news
Zəhra Məmmədova