"Eurofighter"lərin Türkiyəyə satışı sürətləndi

Bölmə: Dünya › ,
Tarix: 23:30 14.11.2024

Noyabrın 14-də Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamada, Almaniyanın müvəqqəti satış orqanına “Eurofighter”lərin Türkiyəyə satışı ilə bağlı iş tapşırığı verildiyi bildirilib. 

 

Bundan əlavə, həmin vaxtda keçirilən mətbuat brifinqində mövzu ilə bağlı sualları cavablandıran mənbələr, Almaniya təyyarələrin satışı üçün Müvəqqəti Satış Təşkilatının təyin edilməsini təsdiqləyib. Bildirilib ki, bu məsələnin satınalma prosesini sürətləndirəcəyi qiymətləndirilir.

Eyni mənbələr “Eurofighter”təyyarələrinin alınması ilə bağlı texniki işlərin davam etdiyini də qeyd ediblər.

 

Müdafiə naziri Gülər də mətbuata verdiyi qiymətləndirmədə Almaniyada mümkün hökumət dəyişikliyinin “Eurofighter” satış prosesinə təsir edəcəyini düşünmədiyini bildirib.

 

Mənbə:BBC Haber

Fidan Xəlilova