Kolumbiyada kiçik yaşda evliliyi qadağan etmək üçün səs verib

Bölmə: Dünya › ,
Tarix: 15:33 15.11.2024

Kolumbiyanın konqresi, azyaşlıların valideyn razılığı ilə evlənməsinə icazə verən qanunu dəyişdirmək üçün səs verib.

 

Təklif, evlilik üçün minimum yaşı 18 olaraq təyin etməyi və azyaşlıların hüquqlarını və inkişaf imkanlarını qorumağı hədəfləyir.

 

 Qanun halına gəlməsi üçün Prezident Gustavo Petro tərəfindən imzalanmalıdır.

 

Hazırda ölkənin mülki kodeksi, 14 yaşına qədər olan şəxslərin valideyn razılığı ilə evlənməsinə icazə verir.

Qanunun islahatına dair ilkin təklif – 2023-cü ildə təqdim olunmuş – “Onlar qızdır, arvad deyil” şüarını istifadə edib və gənc qızların məcburən evlənməsinin, müxtəlif zorakılıq formalarına məruz qalmasının, təhsil və inkişaf imkanlarını qaçırmalarının qarşısını almağı hədəfləyib.

           

Mənbə: CNN

Nuray Qurbanlı