"Ermənistan xalqı Azərbaycanla sülh istəyirmi"?-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 17:31 15.11.2024

Azərbaycan və Ermənistan arasında sülh Ermənistanın mövqeyindən asılıdır. Ermənistan Qərbin təzyiqlərinə yox, regional inkişafa önəm versə, bu sülh üçün əhəmiyyətli addım olar.

 

Sözügedən mövzuyla bağlı fikirlərini "informator.az"la bölüşən Natiq Miri deyib ki, müstəqil siyasi iradə ortalığa qoyularsa, sülh yaxındır:

 

"Ermənistan hökuməti Ermənistanın müstəqil subyekt kimi gələcək fəaliyyətini təmin etmək istəyirsə, ilk növbədə, Ermənistanın təhlükəsizliyini təmin etməlidir və təhlükəsizlik deyəndə 10 min kilometrlərlə Ermənistandan uzaq havadar dövlətlərin yalançı vədlərinə deyil, xüsusilə də regional güclərlə, normal münasibətlər sistemini qurmaqla sülh mümkündür"

 

Politoloq Azərbaycan - Türkiyə qardaşlığına da toxunub

 

"Burada əsas Ermənistanın münaqişədə və ərazi iddiasında olduğu ölkələr Azərbaycan və qardaş Türkiyədir. Azərbaycan Türkiyə ilə sülh və əməkdaşlıq olduğu təqdirdə, burada təbii təhlükəsizlik sistemini yaratmaq mümkün olacaq, çünki Azərbaycan bu gün sadəcə Cənubi Qafqazın güclü ölkəsi kimi çıxış etmir, artıq Azərbaycan Cənubi Qafqazın qarantı kimi çıxış edir. Qonşu Rusiya siyəsətçiləri də bunu zaman-zaman dilə gətirirlər. NATO-nun çox əhəmiyyətli və güclü ölkəsi olan Türkiyə ilə əməkdaşlıq fonunda qonşu yaşamağı düşünün. Bu Ermənistanın təhlükəsizliyi üçün ciddi təminatdır.  Ermənistan rəhbərliyi zehniyyəti dəyişməlidir. Əgər Ermənistan Azərbaycanın tələbi ilə konstitusiyada yer alan ərazi iddiası ilə bağlı müddəanın dəyişikliyini təmin etmək üçün referandum etmək mümkün deyilsə, Nikol Paşinyan başqa səsvermə keçirə bilər. Burada yeganə sual qoyula bilər: Ermənistan xalqı Azərbaycanla sülh istəyirmi? Bizə Ermənistanla kağız üzərində sülh lazım deyil. Çünki bu sülh deyil, gələcək sülhə problemlər yaradan kağız parçasıdır. Bizə xalqlar arasında düşmənçiliyin aradan qaldırılması, əməkdaşlığın mövcud olması üçün sülh sazişi lazımdır. Burada da, barışacaq tərəflər xalq olmalıdır. Ən böyük təminat budur. Əgər hər iki xalq barışarsa dövlətlərin münasibətləri tənzimlənəcək".

 

Politoloq Ermənistanı dilənçi ölkə adlandırıb:

 

"COP29 tədbirinə Ermənistanın gəlməsi və ya gəlməməsi heç nəyi dəyişmir, çünki Ermənistan özü dilənçi ölkədir. Yardım dilənməklə özlərini yola verirlər, ancaq burada əhəmiyyət ondan ibarət olardı ki, Ermənistan da gəlib, normal bir dövlət kimi COP29-da iştirak edərdisə, bu Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadı gücləndirərdi. Bu da sülhə töhvə verən məsələdir, çünki sülhdə mütləq mənada qarşılıqlı inama, etimada ehtiyac var".

 

Günel Verdiyeva