Azərbaycanın İRENA ilə birlikdə bərpaolunan enerji tərəfdaşlığı

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:42 15.11.2024

Forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və BƏƏ-nin nazirləri və nazir müavinləri iştirak ediblər.

 

Proqram çərçivəsində ölkəmizdə yeni layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini "informator.az"la bölüşən iqtisadçı ekspert Natiq Cəfəri deyib ki, Azərbaycanın Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə münasibətlərinin dərinləşdirilməsi bir çox layihələrin həyata keçirilməsi ilə əlaqəlidir:

 

"Bu layihələr həm Azərbaycan daxilində, həm də orta Asiya respublikaları ilə körpü rolunu oynamaqla bərpaolunan enerjinin istehsal olunması və böyük nəqliyyat dəhlizi vasitəsilə Azərbaycandan keçərək Gürcüstana və Qara dənizə ötürülməsidir".

 

Ekspert bu layihənin Azərbaycanın enerji bazarında mövqeyinə təsirindən də danışıb:

 

"Burada İRENA çox böyük marağa malikdir. Bu da Azərbaycan üçün yeni iş yerləri, fürsətlər və yaşıl enerji istehsalında yeni investisiyaların cəlb olunması ehtimalıdır. Yeni enerji dəhlizinin yaradılması, yəni elektrik enerjisinin Avropaya ötürülməsi Azərbaycanın Avropa üçün enerji təchizatçısı rolunu daha da möhkəmləndirəcək".

 

Aləmzər İbrahimova