Lavrov Amerikanın Avropada yerləşdirdiyi raketdən müdafiə sistemini müzakirə edib
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202411/4332205_y.jpg)
Tarix: 23:21 15.11.2024
Amerikanın raketdən müdafiə sistemlərinin Avropada yerləşdirilməsi məqsədləri ilə bağlı Rusiyanın qiymətləndirmələri tam əsaslıdır.
"İnformator.az" Lenta.ru-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Diplomat qeyd edib ki, Vaşinqton bu addımı ilə Moskva ilə qarşıdurmada üstünlük yaratmağa çalışır. O xatırladıb ki, ABŞ Avropa ölkələrində raketlər yerləşdirmək planlarını İran və Şimali Koreyadan qorunmaq zərurəti ilə izah edib.
“Biz dedik ki, bunun İranla heç bir əlaqəsi yoxdur, bu, gərginliyi artırmaq, Rusiyanı cilovlamaq siyasəti yürütmək cəhdidir",- deyə o, fikrini yekunlaşdırıb.
Bundan əvvəl hərbi analitik və “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Polşadakı yeni Amerika raketdən müdafiə bazasında Mk 41 VLS şaquli buraxılış sistemləri onlardan nüvə başlığı olan “Tomaqavk” qanadlı raketlərini buraxmağa imkan verib. Onun sözlərinə görə, Rusiya Şimali Atlantika Alyansı ilə birbaşa hərbi toqquşma zamanı bazanın məhv edilməsi imkanını prioritet hədəf kimi nəzərdən keçirməlidir.
Banuçiçək Kalbalıyeva