"İsrail tərəfinin COP29 da iştirak etməməsi heç bir siyasi dəyişikliyə təsir etməyəcək"-Politoloqdan ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 20:13 18.11.2024
İsrail Prezidenti İshaq Hersoq 19 noyabrda 3 nazir və 100-dən çox nümayəndə ilə COP29-a qatılacağını açıqlasa da, ötən gün səfərin ləğv edildiyi elan edilib.
İsrail prezidentinin bu qərarı atmaqda səbəb nə idi ?
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov "informator.az" a açıqlamasında İsrail prezidentinin Azərbaycana səfərini ləğv etməsi iki ölkə arasında münasibətlərə heç cür təsir etməyəcəyini bildirib:
"Ona görə ki, Azərbaycanın bu məsələdə heç bir payı yoxdur. Bunun üçün də Azərbaycan və İsrail arasındakı münasibətlər olduğu kimi davam edəcək".
Politoloq regionda baş verən prosesləri də şərh edib:
"Regionda müəyyən gərginliyin mövcud olması hər kəsə məlumdur. Yaxın Şərqdə müharibə davam etməkdədir. Bu səbəbdən, Yaxın Şərqin konfiqurasiyası Cənubi Qafqaz ətrafındakı konfiqurasiyaya ciddi şəkildə çağırışlar edir. Azərbaycan və İsrail dövlətləri arasındakı əlaqələr olduğu kimi inkişaf edəcəkdir".
"Geosiyasi və milli baxış bucaqları üst-üstə düşən Azərbaycan və İsrail dövlətləri xüsusən təhlükəsizlik mövzusunda da hərbi sahədə işlərinə davam edəcək",-deyə o, fikirlərini yekunlaşdırıb.
Məryəm Zalıyeva