" İqlim dəyişməsi yalnız təbiətlə əlaqəli deyil..."-Politoloq AÇIQLAYIR
Bölmə: Siyasət › ,Tarix: 20:31 18.11.2024
Qlobal dəyişikliklər və iqlim dəyişiklikləri son illərdə dünya siyasətində böyük bir rol oynamağa başlayıb. Bu dəyişikliklər siyasi, iqtisadi və sosial sahələrdə geniş təsir göstərir, həmçinin ölkələr arasında əməkdaşlıq və münaqişələrə səbəb ola bilir.
Müsahibimiz politoloq Natiq Miri iqlim dəyişilməsi məsələsini belə izah edir:
"İqlim dəyişilməsi yalnız təbiət ilə əlaqəli deyil, eyni zamanda ekologiya , sosial , iqtisadi və siyasi sahələrə də ciddi təsir göstərir. Bu sahələr arasında qarşılıqlı əlaqə mövcuddur. İqlim dəyişiklikləri əhalinin demoqrafik vəziyyətinə də böyük təsir edir. İqlim nəticəsində quraqlıqlar meydana gəlir , bu da öz növbəsində aclıq və səfalətə səbəb olur. Bu aclıq və səfalət kütləvi köçlərə səbəb olur. Belə kütləvi köçlər əsasən , iqtisadiyyatı daha güclü olan ölkələrə ,xüsusilə Qərb dünyasına yönəlir".
Politoloq COP29-un əhəmiyyətinə də toxunub:
"Bir ölkənin COP29-u baykot etməsi və maliyyələşmə kimi mühüm məsələlərdən imtina etməsi, bu gün olmasa da, sabah həmin dövlətlərə ciddi şəkildə zərər verə bilər".
Müsahib iqlim məsələsinə yalnız siyasi baxımdan yanaşılmasına qarşı çıxdığını bildirib:
"İqlim dəyişiklikləri yalnız siyasi qərarlarla deyil, həm də insan şüurunun dəyişməsi ilə bağlıdır. Ozon dəliyinin böyüməsini ,karbon emissiyalarının artmasını və temperaturun yüksəlməsini yalnız siyasətlə əlaqəli məsələlər deyil".
Politoloq iqlim dəyişilməsinin əsas səbəbi olaraq insanın mənfəətə ,kapitala yönəlmiş şüurunun olmasını bildirir və bunun da uzunmüddətli perspektivdə bəşəriyyətə ciddi zərər verəcəyini bildirib:
" Şüurda yüksəlişə ehtiyac var. Niyyətlərimiz nə olarsa, nəticə etibarilə də o istiqamətdə gedəcəyik".
Çinarə Tarverdiyeva