Ermənistan daxilindəki xaos-Politoloqdan ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 23:03 19.11.2024
Ermənistan baş naziri Nikol Paşinyan bir neçə yüksək rütbəli məmurdan istefa verməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib.
Mövzu ilə bağlı politoloq Sahil Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, Ermənistan daxilində baş verən gərginliyin əsas səbəbi Nikol Paşinyan hakimiyyətinin bir xətt üzrə siyasət yeridə bilməməsidir:
"Ermənistanın siyasi rəhbərliyi daim Qərbin və Avropa dairələrinin təsiri altında siyasi quruluşunu müəyyənləşdirib. Bu Ermənistanın müstəqil ölkə kimi öz müqəddəratını həll edə bilməməsinin nəticəsidir".
Sahil Kərimli Azərbaycan və Ermənistanla sülh müqaviləsinin imzalanmasına ciddi maneçilik törətdiyini və bunun müəyyən səbəbləri olduğunu bildirib:
"Azərbaycana qarşı bundan vasitə kimi istifadə etmək, Ermənistandan bir alət kimi istifadə edərək Cənubi Qafqazda gedən prosseslərdə öz maraqlarını təmin etmək bu səbəblərdən biridir. Təəssüf ki, Ermənistan özü də bu siyasi təxribatların bilərəkdən qurbanına çevrilib. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını ana qanundan çıxararsa və bölgədə nəqliyyat xəttlərinin açılmasına şərait yaradarsa biz ədalətli sülhdən danışa bilərik.Təəssüf ki, Ermənistan bu prossesdən boyun qaçırır".
Fatimə Məmmədova