Bəşər Əsəd Türkiyə ilə diplomatik təmaslara cəhd göstərəcək ? -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:20 02.12.2024

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

 

Xarici işlər naziri Hakan Fidan dekabrın 1-də ABŞ Dövlət katibi Blinkenlə telefon danışığı aparıb. Suriyada baş verən son hadisələr müzakirə olunub. Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hadisələrin inkişafının əleyhinə olduğunu deyib. Gərginliyin azaldılması, Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün rejim və müxalifət arasında siyasi prosesin tamamlanmasının vacibliyini O, Türkiyəyə və Suriyanın mülki əhalisinə qarşı terror fəaliyyətinə heç vaxt icazə verilməyəcəyini bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a müsahibəsində bildirib ki, Suriyada vəziyyət kifayət qədər ciddidir:

 

“Suriyada baş verənlər fonunda Yaxın Şərq regionunda sanki növbəti yəni, 3- cü zəlzələ effekti oldu. Onun birincisi Həmas İsrail müharibəsi, ikincisi Hizbullahın gərginliyə qoşulması və üçüncüsü budur. Əlbəttə bu daha ciddi nəticələr vəd edən prosesdir. İndi əsas məsələ bu prosesin nə qədər davam edəcəyidir. Əgər Suriyadakı gərginlik uzunmüddətli olarsa, bu perspektivdə Türkiyə - Rusiya ikitərəfli münasibətlərinə təsir edə bilər. Yəni, Türkiyə ilə Rusiya arasında narazılığın yaranması mümkündür.

 

Ekspert əlavə edib ki, müəyyən müddətdən sonra Bəşər Əsədin Türkiyə ilə diplomatik təmaslara cəhdi gündəmə gələ bilər:

 

“Türkiyənin istədiyi də əslində budur. Proseslerin sonunda Bəşər Əsədin hakimiyyətdən getməsi mümkündür. Rusiya mümkün qədər bunun qarşısını almağa çalışacaq. Nəzərə almaq lazımdır ki, aysberqin görünən tərəfi Suriyadakı kataklizmdirsə də, görünməyən tərəfi Türkiyə - Rusiya arasında diplomatik təmaslardır. Putinlə Ərdoğan bu barədə hansı razılığa gələ biləcəklər. Əgər tərəflər razılığa gələ bilsə bu Suriyadakı mövcud gərginliyin yaxın vaxtlarda bitməsi ilə nəticələnə bilər. Əks halda vəziyyət gərginləşən templə davam edəcək”.

 

 

Vüqar Alışov