Gürcüstanın basdırılmış Avropa arzusu

Bölmə: Siyasət › ,
Tarix: 22:47 02.12.2024

Gürcüstanın Avropa İttifaqına inteqrasiya arzusu illərdir ölkənin siyasi gündəminin əsas mövzularından biridir. Lakin son dövrlərdə artan daxili siyasi gərginlik, demokratik islahatların yavaşlaması və cəmiyyətin müxtəlif qrupları arasındakı fikir ayrılıqları bu arzunun reallaşmasını daha da çətinləşdirir. Gürcü xalqının Avropaya olan ümidləri ilə ölkənin mövcud siyasi və iqtisadi reallıqları arasındakı ziddiyyətlər diqqətəlayiqdir.

Mövzu ilə bağlı "İnformator.az"-a açıqlamasında politoloq Kazım Kazımov bildirib ki, ilk olaraq Gürcüstan xalqı seçimini edib. Gürcüstan seçkilərə getməmişdən öncə bilirdi ki, Avropa ilə münasibətlər gərgindir:

 

"Seçkidən sonra Avropa və Gürcüstanın münasibətlərinin dondurulacağı gün kimi aydın görünürdü. Elə Gürcüstan müxalifəti də bütün planlarını bunun üzərində qurmuşdu. Lakin seçkidən sonra daha radikal çıxışlar oldu. Gürcüstana qarşı sanksiya hədələri gəldi. Belə olduqda 'Gürcü Arzusu' partiyası Avropa İttifaqı ilə münasibətləri 2028-ci ilə qədər dondurmaq qərarı aldı. Nəticədə Gürcüstandakı Qərbin '5-ci kolon'u küçələrə axışdı. Bilirsiniz, əslində Gürcüstanda meydana axışan kütlənin böyük əksəriyyəti Qərbin maliyyələşdirdiyi QHT əməkdaşlarıdır".

 

Zəhra Məmmədova