“ABŞ çalışacaq ki, İsrail-Suriya arasında olan münaqişə dayansın”-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:19 25.12.2024
ABŞ administrasiyası İsraili Suriyanın yeni hökumətinin başçısı Əhməd əş-Şara (Colani) ilə münasibətləri inkişaf etdirməyə çağırıb.
Mövzu ilə bağlı politoloq Turab Rzayev “informator.az” a açıqlamasında bildirib ki, ABŞ bölgədə yeni gərginliyin artamsının qarşısını almaq istəyir:
“Suriyada ərazi bütövlüyü bərpa olunduqca, sabitlik yarandıqca ətraf ölkələr öz planlarından geri çəkilməli olacaqlar. Necə ki, Suriyada dörd dövlət yaratmaq istəyirdilər ki, artıq o plandan geri çəkiləcəklər. İsrail istəyirdi ki, Suriancanı işğal etsin orda özünə müttəfiq dövlət yaratsın. Ancaq bu alınmayacaq. Suriya öz ərazi bütövlüyünü bərpa etdikcə, beynəlxalq ictimaiyyət İsraili məcbur edəcək ki, işğal etdiyi yerlərdən geri çəkilsin. Oradakı status-kvonu saxlasın. Bundan sonra yeni kəndlər işğal etmək və onları ilhaq etmək İsrailin beynəlxalq reabilitasiyasına mənfi təsir göstərəcək. ABŞ da, digər müttəfiqlərdə bunu qəbul etməyəcək. ABŞ çalışacaq ki, bu işğal dayansın. İsrail-Suriya arasında ən azından status-kvo formalaşsın, müharibə vəziyyəti davam etməsin”.
Kəmalə Vəliyeva