”Rusiyanın susqunluğu qəbul olunmaz idi”-POLİTOLOQ
Bölmə: Siyasət › ,Tarix: 21:46 13.01.2025
“ AZAL- ın Aktauda baş verən təyarə qəzasında Rusiyanın susqunluğu, müxtəlif versiyalar ortaya atması qəbul olunmaz idi”.
Bu sözləri “informator.az” a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O qeyd edib ki, Cənab Prezident İlham Əliyevin hava limanında Azərbaycan dövlət televiziyasına müsahibəsi, ekipaj üzvlərinin yüksək təltiflərlə təltif olunması və bunu birbaşa təqdim edən zaman İlham Əliyevin geniş çıxışı Rusiyada lazımı nəticəni verib. Eyni zamanda Rusiya prezidenti Vladimir Putində Cənab prezidentə zəng edib. İstintaq orqanlarına lazımı göstərişlər verilib. Təyyarənin qara qutusunun Braziliyada oxunması prosesidə artıq yekunlaşıb. Bu çox mühim, prinsipial addım idi. Azərbaycan və Qazaxıstanın burada dostluğu, qardaşlığı özünü göstərib. Məsələyə obyektiv qiymət veriləcəksə, bütün istintaq materiallarının nəticəsi elan olunacaqsa, onda prosedur qaydalarına uyğun olaraq Rusiya tərəfi həm üzr istəməli, həm də təzminat ödəməlidir. Nəinki xəsarət alanların, həmçinin təyyarənin özünün də vurulmasına görə müvafiq konpensesiyalar gözləniləndir. Bu prosesin məntiqi nəticəsi Azərbaycanın maraqları çərçivəsindədir. Cənab prezident İlham Əliyev də bu barədə mühüm fikirlər söyləyib. Bu prosesi sonuna qədər çatdırmaq mühüm əhəmiyyət kəsb edir.
Kəmalə Vəliyeva