Yarasalarda insanlara yoluxma riski yaradan yeni növ koronavirus aşkarlanıb

Tarix: 22:30 21.02.2025
Çinli tədqiqatçıların yarasalar üzərində apardıqları araşdırmalarda, insanlara keçmə riski yaradan yeni növ koronavirus aşkar edildiyi bildirilib.
COVID-19 epidemiyasına səbəb olan koronavirusun təsadüfən ortaya çıxdığı iddia edilən Vuhan Virusologiya İnstitutundakı işi ilə tanınan çinli virusoloq Xi Cingli-nin rəhbərlik etdiyi tədqiqat qrupu, nəticələrini “Cell” beynəlxalq elmi jurnalında dərc edib.
Tədqiqatçılar Çinin Honq-Konq bölgəsində yaşayan “Pipistrellus” cinsinə aid yapon yarasalarında “HKU5” koronavirusunun törəməsi olan yeni növ koronavirus aşkar ediblər.
Tədqiqatçılar virusun, SARS və COVID-19-a səbəb olan koronaviruslar kimi insan orqanizmindəki “angiotenzin çevirici ferment (ACE2)” reseptoruna bağlanma qabiliyyətinə malik olduğuna diqqət çəkib və bununla əlaqədar olaraq, bu virusun insanlara yoluxma riski daşıdığı barədə xəbərdarlıq ediblər.
Tədqiqatçılar yarasalardan götürdükləri nümunələrdən təcrid etdikləri virusun insan hüceyrələrini, həmçinin ağciyər və bağırsaq orqanlarına bənzər süni şəkildə yaradılmış hüceyrə yığınlarını və toxumalarını yoluxdura bildiyini müşahidə ediblər.
İnsanlara yoluxma riski var
Tədqiqatçılar yeni növ koronavirusun yalnız yarasa ACE2 reseptoruna deyil, həm də insanın ACE2 reseptoruna və digər növlərin hüceyrələrinə yapışma qabiliyyətinə malik olduğuna diqqət çəkərək, bunun birbaşa və ya başqa növ vasitəsilə insanlara keçmə riski yaratdığını vurğulayıblar.
Tədqiqatçılar, "HKU5-CoV-2" adını verdikləri yeni növ koronavirusun orijinalla müqayisədə reseptorla daha güclü bağlandığını və bunun nəticəsində növlərarası ötürülmə riskinin artdığını qeyd ediblər. Lakin, onun COVID-19-a səbəb olan "SARS-CoV-2"-dən qat-qat az təsirli olduğunu və insan cəmiyyətlərində yayılma riskinin aşılmaması lazım olduğunu bildiriblər.
Araşdırmaya rəhbərlik edən Dr. Xi Jingli, Çinin cənubundakı mağaralardakı yarasa koloniyaları üzərində apardığı sahə tədqiqatları ilə tanınır. Bu yerlərdən toplanan koronavirus və digər viruslarla təcrübələr aparan Xi, ölkəsində “yarasa qadın” kimi tanınır.
Xi-nin Vuhan Virusologiya İnstitutundakı işi 2019-cu ildə ortaya çıxan COVID-19 epidemiyasının ilk halları institutun yerləşdiyi Vuhan şəhərində görüləndən bəri mübahisə mövzusu olub. Çinli virusoloqun burada yalnız viruslar üzərində "funksionalizasiya" tədqiqatları apardığı və funksionallaşdırılmış SARS koronavirus törəməsinin təsadüfən laboratoriyadan sızaraq dünya miqyasında epidemiyaya səbəb olduğu iddia edilib.
Habertürk
Çinarə Tarverdiyeva