2025-ci ildə Ən Ağıllı Yolla Yığım Etməyin 10 Yolu
Bölmə: Maraqlı › ,Tarix: 22:57 16.01.2025
Qlobal iqtisadi dəyişikliklər, artan inflyasiya və rəqəmsal transformasiya dövründə yığım etmək həm daha vacib, həm də daha strateji bir məsələdir. Budur, 2025-ci ildə iqtisadi azadlığınızı təmin etməyin ən ağıllı yolları…
MİKRO YATIRIMLARLA BAŞLAYIN
Yığım etmək üçün həmişə böyük məbləğlərə ehtiyac yoxdur.
Kiçik məbləğləri də investisiyalara yönəldərək yığımlarınızı tədricən artıra bilərsiniz. Unutmayın, uğur qazanmağın ilk addımı başlamaqdır!
TEXNOLOGİYADAN İSTİFADƏ EDİN: MADDİ PLANLAŞDIRMA TƏTBİQLƏRİ
Gəlir və xərclərin balanslaşdırılması, investisiya edərkən diqqət yetirilməli olan əsas məqamlardan biridir. Müasir dövrdə ağıllı telefonlar vasitəsilə maliyyə planlaması üçün tətbiqlərdən istifadə etməklə büdcə balansını qorumaq asanlaşır.
İNFLYASİYAYA QARŞI TƏHLÜKƏSİZLİK: QIZIL VƏ VALYUTA
Bu, birbaşa investisiya tövsiyəsi olmasa da, ənənəvi yatırım vasitələri yeni başlayanlar üçün uyğundur. Qızıl və valyuta, xüsusən maliyyə təcrübəniz azdırsa, təhlükəsiz seçim ola bilər.
Mütəxəssislər 2025-ci ildə qızılın bahalaşacağını proqnozlaşdırırlar.
Mənbə:NTV
Ləman Ağayeva