İngiltərədə 200 şirkət daimi olaraq həftədə 4 gün işləməyə qərar verdi

Tarix: 23:11 27.01.2025
“Böyük Britaniyada 200 şirkət daimi dörd günlük iş həftəsi kampaniyasına qoşulub. Böyük Britaniyada fəaliyyət göstərən (4 day Week Foundation) 4 Günlük Həftə Fondunun həyata keçirdiyi kampaniyada ölkənin müxtəlif sektorlarından 200 şirkət iştirak edib”.
İşçilərinin sayı 5 mini keçən bu şirkətlər həftənin dörd günü daimi işləmək prinsipini qəbul ediblər. Bildirilib ki, şirkətlərdə həftəlik iş saatı gəlir itkisi olmadan 32 saat olacaq. Sözügedən şirkətlərdən 30-u marketinq, reklam və mətbuatla əlaqələr şirkətləri olduğu halda, onları 29 xeyriyyə və qeyri-hökumət təşkilatı, 24 texnologiya, internet texnologiyaları və proqram təminatı şirkəti, 22 məsləhət və idarəetmə şirkəti izlədi. Dördgünlük iş həftəsi prinsipində iştirak edən 200 şirkətdən 59-u Londonda yerləşən şirkətlər idi.
Mənbə: trthaber
Türkanə Meşədiyeva