Microsoft TikTok-u almaq üçün danışıqlara başlayır

Bölmə: Maraqlı › ,
Tarix: 13:53 29.01.2025

ABŞ prezidenti Donald Tramp, texnologiya şirkəti Microsoft-un TikTok-u almaq üçün danışıqlara başladığını və sosial media proqramının satış mərhələsində "təklif müharibəsi" görmək istədiyini söylədi.

 

Floridaya gedərkən prezidentliyə məxsus Air Force One təyyarəsində jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Donald Tramp TikTok mövzusunda bir çox investorla görüşdüyünü və tətbiqin böyük şirkətlərdən böyük maraq gördüyünü bildirib.

 

Tramp qeyd edib ki, “Microsoft” TikTok almaq üçün şirkətlə danışıqlar aparır və təklif hazırlayır.

 

Mayamidə ABŞ Konqresində keçirilən Respublikaçılar partiyası toplantısında da mövzu ilə bağlı açıqlamalar verən Tramp, tətbiqə olan maraq nəticəsində TikTok-un satışı üçün tenderdə iştirak edən çoxlu investor və ya şirkət olacağını bildirib. Tramp Çinin də bu mərhələyə daxil olmasını istəmədiklərini vurğulayıb.

 

ƏLAVƏ VAXT VERİLİR

 

Tramp vəzifəyə gəldiyi ilk gündə Çin firması ByteDance-ə məxsus TikTok video paylaşma proqramının Amerika şirkətinə satılmadığı təqdirdə ABŞ-də qadağan olunmasını nəzərdə tutan qanunun icrasını 75 gün müddətinə dayandıran sərəncam imzalayıb. 

ABŞ prezidenti TikTokun qadağan edilməsinin tərəfdarı olmadığını, lakin qadağanın aradan qaldırılması üçün bunun 50 faizinin ABŞ şirkətinə verilməsini istədiyini bildirib və “TikTok-u satmaq və ya bağlamaq hüququmuz var, bunu edəcəyik. Buna Çinin də razılığı lazımdır, amma əminəm ki, onlar da təsdiq edəcəklər, olmasalar, Çinə tariflər tətbiq edəcəyik”,- danışdı.

Digər tərəfdən, Tramp administrasiyası populyar sosial şəbəkə proqramının bağlanmasının qarşısını almaq qərarına səbəb olan məlumat təhlükəsizliyi problemlərini həll etməlidir. TikTok-un ana şirkəti ByteDance Çində qeydiyyatdan keçmiş bir şirkət olduğundan, ölkə qanunlarına görə lazım olduqda istifadəçi məlumatlarını dövlətlə paylaşmağa borcludur.

 

Mənbə: Habertürk 

Çinarə Tarverdiyeva