İstər şorba hazırlayın, istər sarğıda istifadə edin, təbii bir müalicədir..

Tarix: 14:05 29.01.2025
Sümük sağlamlığımızın həyat keyfiyyətimizə birbaşa təsir edən əhəmiyyətli, hətta ən əhəmiyyətli faktor olduğunu söyləyə bilərik. Yaşlandıqca sümük sıxlığımız azala bilər ki, bu da sınıq riskini artıra bilər.
Mütəxəssislər vurğulayırlar ki, möhkəm və sağlam sümüklərin əsası təkcə məşqlərdə deyil, həm də balanslaşdırılmış qidalanmadadır. Bəs, bu düzgün qidalanma deyilən şey tam olaraq nədir?
Burada tez-tez diqqətdən kənarda qalan tərəvəz işə düşür: kələm! Əslində, bu tərəvəzi qida rasionunuza daxil etmək və mümkün qədər çox istehlak etmək lazımdır.
Kələm kalsium, maqnezium və K vitamini kimi sümük sağlamlığı üçün vacib komponentlərlə zəngin bir tərəvəzdir. Ona görə də onu mümkün qədər çox istehlak etmək və balanslı şəkildə yeməklərimizə daxil etmək onun faydalarından maksimum yararlanmağa imkan verir. Üstəlik, kələm ilə tərəvəz dolmasından şorbalara, salatlardan qovrulmuş yeməklərə qədər bir çox müxtəlif yeməklər hazırlaya bilərsiniz.
Bəs, kələmin sümüklər üçün tam olaraq faydaları nədir ?
Kələm əslində çarmıxlılar ailəsindən bir tərəvəzdir. Qış aylarında böyüyür və onu çiy və ya bişmiş halda istehlak edə bilərsiniz. Xüsusilə vitamin C, A vitamini, K vitamini, kalsium və dəmir kimi zəngin təbii qida mənbəyidir.
Mənbə: pembe nar
Nigar Səmədli