Makaronda düyüdən daha çox protein var

Bölmə: Maraqlı › ,
Tarix: 11:38 31.01.2025

Makaronun düyüdən daha çox protein olduğunu, eyni zamanda kalsium, maqnezium və dəmir baxımından da düyüdən daha zəngin olduğunu deyən mütəxəssis Dietoloq Elif Melek Avcı Dursun, küftə və makaronun qidalanmadakı əhəmiyyətinə toxunub.

 

Uşaqların yemək vərdişləri ilə bağlı son araşdırmalar küftə və makaronların uşaqlar arasında ən çox sevilən yeməklər olduğunu üzə çıxarıb. Uşaqların küftə və makaronu sevməsinin əsas səbəblərindən biri də bu yeməklərin dadlı və vizual olaraq cəlbedici olmasıdır. Makaron müxtəlif forma və rənglərdə təqdim oluna bilsə də, küftələri müxtəlif souslar və qarnirlərlə də zənginləşdirmək olar. Küftə və makaron həm qidalıdır, həm də yemək hazırlamaq asandır. Yaxşı karbohidratların kompleks qaynağı olan makaron, gün ərzində ən azı bir porsiya olaraq uşaqların qidalanma planlarına daxil edilməlidir. Makaronla küftə bişirməklə həm yeməyin qidalanmasını artıra, həm də uşaqlarınızın mədəsini sevindirə bilərsiniz.

 

Makaron istehlakında davamlı nişastanın əhəmiyyətinə işarə edən Dursun, “Makaronu soyudaraq istehlak etmək, davamlı nişastanın əmələ gəlməsini artırır və qan şəkərini tarazlaşdırmağa kömək edir. Bu üsul xüsusilə diabet xəstələri və çəkilərinə nəzarət etmək istəyən şəxslər üçün tövsiyə oluna bilər".

 

“Gözəl sousu olan makaronu sevməyən tapmaq demək olar ki, mümkün deyil”,-deyən Dursun spagettinin tələbə menyularından tutmuş uşaqların sevimli yeməklərinə qədər hər masada yer tapdığını bildirib. Lakin o, bu sevginin nəzarətsiz istehlak nəticəsində kökəlməyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

 

Mənbə: pembe nar 

Nigar Səmədli