Balqabağı bu qidalarla birlikdə istehlak etmək onun faydalarını artırır

Bölmə: Maraqlı › ,
Tarix: 11:47 31.01.2025

Qış aylarında süfrələrimizə rəng qatan və sağlamlığımıza böyük fayda verən balqabağın xüsusilə bəzi qidalarla birlikdə istehlak edildikdə daha çox təsir etdiyini bilirdinizmi?

 

Balqabaq tərkibindəki C vitamini sayəsində qış aylarında artan xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir.

Balqabağa qara bibər, zəncəfil və sarıkök kimi ədviyyatların əlavə edilməsi balqabağın tərkibindəki beta-karotinin orqanizmin mənimsənilməsini artırır. Belə ki, dərini təzələməklə yanaşı, soyuqdəymə, qrip kimi xəstəliklərin riskini də azaldır və orqanizmə müqavimət verir. Balqabaq antioksidan xüsusiyyətləri sayəsində sərbəst radikalları təmizləyir və bədəni xəstəliklərdən qoruyur.

 

Qidalanma və Pəhriz Mütəxəssisi Edagül Kopuz, “100 qramında cəmi 26 kalori olan balqabaq pəhriz saxlayanlar üçün ideal tərəvəzdir. Yüksək lif quruluşu sayəsində sizi tox saxlayır, həzm sistemini tənzimləyir və çəkiyə nəzarət etməyə kömək edir. Balqabağa darçın və zəncəfil kimi ədviyyatlar əlavə etmək həm həzmi dəstəkləyir, həm də maddələr mübadiləsini sürətləndirir, qış aylarında orqanizmin daha sürətli işləməsinə kömək edir".

 

Balqabaq dərinin daha sağlam və parlaq görünməsini dəstəkləsə də, antioksidan xüsusiyyətləri dərinin qocalmasını gecikdirir və qırışların yaranmasının qarşısını alır.

 

 

Balqabağı yağlarla (zeytun yağı, avokado yağı, kokos yağı) istehlak etmək, tərkibindəki beta-karotinin orqanizmdə daha yaxşı mənimsənilməsini təmin edir. Zeytun yağı və ya avokado yağı ilə bişirilən balqabaq A vitamininin udulmasını artıraraq həm göz, həm də dəri sağlamlığına böyük töhfə verir.

 

Mənbə: pembe nar 

Nigar Səmədli