Tramp qalmaqallı planını təkrarlayaraq “Qətiyyətliyəm” , -dedi

Bölmə: Dünya › ,
Tarix: 15:01 10.02.2025

"Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp, ABŞ-nin Qəzzaya sahib çıxacağını və Qəzzanı Yaxın Şərqin digər zəngin ölkələri üzərindən inşa edəcəyini ifadə edərək, “Qəzzanı satın almaq və sahiblənməkdə qərarlıyam” , -deyib.

 

Qəzzalıların geri dönməsinə icazə verilməsinin böyük səhv olacağını müdafiə edən Tramp, "Bunu böyük bir daşınmaz əmlak saytı kimi düşünün və ABŞ-nin ona sahib çıxacağını və yavaş-yavaş, çox yavaş” ,-dedi. 

 

Tramp Qəzzanın tam dağıntı yeri olduğunu təkrar edərək, “Ora geri alınacaq. Hamarlanacaq və təmir olunacaq. Orada heç kim olmayacaq. Həmas olmayacaq. Biz Yaxın Şərqdəki digər çox zəngin ölkələr vasitəsilə tikinti aparacağıq. İnsanlar, fələstinlilər üçün yaşamaq üçün gözəl yerlər tikəcəklər. Onlar yəqin ki, yüz illər sonra ilk dəfə harmoniya və sülh içində yaşayacaqlar”, - dedi. 

 

Mənbə: CNN Türk

Kəmalə Vəliyeva