Bədənə istilik verən qidalar

Tarix: 15:16 10.02.2025
Qışın ən soyuq aylarında olduğumuz üçün davamlı olaraq bədən istiliyinin aşağı düşməsinə məruz qalırıq. Əgər tez-tez üşümə hiss edirsinizsə, bu qidaları mütləq istehlak edin.
Bəzi qidalar var ki, soyuq havada bədəninizi isidəcək. Bu qidalar enerji istehsal edir və qış aylarında ən yaxşı dostunuz olmalıdır.
Zəncəfil qan dövranını sürətləndirərək bədənin daha tez isinməsinə kömək edən ən güclü qidalardan biridir. Xüsusilə qış aylarında zəncəfil çayı içmək soyuq əllər və ayaqlar kimi problemləri azalda bilər. Həm də immunitet sistemini dəstəkləyərək xəstəliklərdən qorunmağa kömək edir.
Balın tərkibindəki şəkərlər bədəndə enerji istehsalını təmin edir və istilik hissini artıra bilir. Eyni zamanda, bal immunitet sisteminizi gücləndirir. Soyuq havalarda infeksiyalara qarşı qoruyucu qalxan yaradır.
Xüsusilə soyuq havalarda bədənimizi ehtiyac duyduğu miqdarda proteinlə təmin etməliyik. Yumurta da bunun üçün əla mənbədir.
Tərkibindəki yüksək protein sayəsində bədənin maddələr mübadiləsi sürətini artırır və istiləşməyə kömək edir. Yumurta bədənimizə bir növ termogenik təsir göstərir. Beləliklə, siz onu istehlak etdikdə, bədənin daha çox istilik istehsal etməsini təmin edirsiniz.
Mənbə: pembe nar
Nigar Səmədli