Maddələr mübadiləsini sürətləndirir və immuniteti dəstəkləyir

Bölmə: Maraqlı › ,
Tarix: 15:21 10.02.2025

Yeni il yeni qərarlar və sağlam həyat hədəfi ilə başlayır. Sağlam qidalanma vərdişlərinin kiçik, lakin təsirli addımlarla həyat keyfiyyətini artıra biləcəyini ifadə edən Mütəxəssis Dietoloq Elif Melek Avcı Dursun, Yeni il sonrası detoks və arıqlama hədəflərinə töhfə verəcək xüsusi şorba reseptini paylaşdı.

 

Mütəxəssis Dietoloq Elif Melek Avcı Dursun, bu reseptin maddələr mübadiləsini sürətləndirən və immunitet sistemini dəstəkləyən məzmunu ilə həm aşağı kalorili, həm də ləzzətli bir seçim olduğunu bildirib: "Bu şorba bədəninizdən toksinləri çıxarmağa kömək edir və yeni il hədəflərinizə çatmaq üçün sağlam bir başlanğıc təmin edir".

 

“Yeni il sağlam həyat üçün əla fürsətdir. Sadə və davamlı addımlarla sağlam həyat tərzi yarada bilərsiniz",- deyən Mütəxəssis Dietoloq Elif Melek Avcı Dursun, "Arıqlamaq hədəflərinizi dəstəkləyəcək bu xüsusi şorba resepti il boyu sağlam həyat üçün motivasiya mənbəyiniz olacaq",- dedi.

 

Mənbə: pembe nar 

Nigar Səmədli